QHT CƏMİYYƏT VƏ HÜQUQ İCTİMAİ BİRLİYİ (CHİB) - Proqram təsviri

 

Bakı, 370065, Yasamal Rayonu, Ə. Ələkbərov küç. 565 məhəllə, bina 4
Tel.:/Faks: 330206, 384462.
Mobil: (99450) 353-50-46, (99455)777-11-09
E-mail: camiyyet_huquq@yahoo.com

Cəmiyyət və Hüquq İctimai Birliyi (CHİB) 19 fevral 2001-ci il tarixdə yaranmış və sədr vəzifəsinə Ağayev Əmir Ağa oğlu seçilmişdir. 30 mart 2001-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Birlik Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatları (İctimai Birliklər və Fondlar) haqqında qanununa uyğun olaraq yaradılan ümumrespublika təşkilatıdır. Birlik öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyası, qüvvədə olan qanunvericilik, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normaları və öz Nizamnaməsi əsasında qurur. Birlik Azərbaycan Respublikası ərazisində qanunun aliliyi prinsipinin möhkəmləndirilməsinə, müəllif hüquqlarının və əlaqəli hüquqların qorunmasına yardım edən, hüquq sahəsində milli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edən, hüququn bütün sahələrində fəaliyyət göstərən qeyri-hökümət təşkilatıdır. Birlik bir sıra Beynəlxalq fondların maliyyələşdirdiyi layihələri, o cümlədən Avrasiya fondunun İnsan haqları üzrə Avropa məhkəməsinə çıxış lahiyəsini bilavasitə həyata keçirir. Birliyin nəzdində 20 may 2002-ci il tarixdən Advokat hüquqi xidmət birosu fəaliyyət göstərir. Birlik gələcəkdə nəzdində Kütləvi İnformasiya Vasitələri təsis etmək, jurnallar, bülletenlər, kitablar və s. çap edib yaymağı qarşısına məqsəd qoymuşdur. Birlik həftənin 5-ci və 6-cı günləri əlillərə, qaçqın, məcburi köçkünlərə, müharibə iştirakçılarına, onların ailələrinə və şəhid ailələrinə pulsuz hüquqi məsləhətlər verir. Hüquq fakültəsində oxuyan tələbələrə pulsuz hüquq sahəsində tədris təcrübəsi keçirir. Birliyin bir sıra üzvləri Avrasiya fondu tərəfindən maliyələşdirilmiş QHT-na hüquqi yardım mərkəzi layihəsinin və UNHCR-in QHT mühitinin öyrənilməsi layihəsinin bilavasitə həyata keçirilməsində iştirak etmişlər. Azərbaycan Respublikasında fəaliyyət göstərən bəzi qeyri-hökümət təşkilatları ilə, Amerika Hüquqşünaslar Assosiyasıyası (ABA CEELİ) ilə əlaqələr yaratmışdır. Birlik perspektivdə qarşısına Beynəlxalq Hüquqşünaslar Assosiyasıyasının üzvü olmaq və Beynəlxalq Təşkilatlarla əlaqələr yaratmaq məqsədi qoyur.

BİRLİYİNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

Birliyin məqsədi demokratik dünyəvi, sivil cəmiyyətin formalaşmasında hüquqşünasların səylərinin birləşdirməsinə nail olmaq, cəmiyyətin hüquqi maarifləndirilməsinə yardım etməkdir. Birlik qarşısına qoyduğu məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

BİRLİYİN FƏALİYYƏT FORMALARI

Birlik öz fəaliyyətində xeyriyyəçilik prioritetlərini rəhbər tutur. Birlik qarşısına qoyduğu vəzifələri aşağıdakı formalarda həyata keçirir:

BİRLİYƏ ÜZVLÜK

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyəti olan hər bir fiziki və hüquqi şəxs birliyə üzv ola bilər. Dövlət hakimiyyəti və yerli özünüidarə orqanları birliyin üzvü ola bilməz. Birliyə üzvlük fərdi və kollektiv qaydada ola bilər. Birliyə fəxri üzvlər də seçilə bilər. Birliyə üzvlüyə daxil olmaq istəyən şəxslər İdarə Heyətinin sədrinə yazılı şəkildə ərizə ilə müraciət edirlər. Ərizəyə verildiyi gündən bir ay müddətində baxılır. İdarə Heyəti üzvlərinin yarıdan çoxu səsvermədə bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvlüyinə qəbul olunmuş hesab edilir. Birliyin hal-hazırda 50-dən artıq fərdi üzvü var.

BİRLİYİN İDARƏ OLUNMASI

Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır. Ümumi yığıncağın müstəsna səlahiyyətlərinə Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi, Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması, Birliyin İdarə Heyəti üzvlərinin, İdarə heyətinin sədrinin, nəzarət-təftiş komissiyasının (NTK) sədrinin və üzvlərinin seçilməsi, idarə heyətinin və nəzarət təftiş komissiyasının hesabatlarının dinlənilməsi və müzakirə edilməsi aiddir. Ümumi yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Ümumi yığıncaq nümayəndələrinin üçdə ikisi iştirak etdikdə səlahiyyətli sayılır. Ümumi yığıncaq İdarə heyətinin sədri tərəfindən çağrılır. Ümumi yığıncaqlararası dövrdə Birliyin bütün fəaliyyətinə İdarə heyəti rəhbərlik edir. İdarə Heyəti sədrdən, onun müavinlərindən və Ümumi yığıncaq tərəfindən seçilən digər üzvlərdən ibarətdir. İdarə Heyəti Ümumi yığıncaqlar arası dövrdə Birliyin bütün fəaliyyətinə kollegial rəhbərlik edir, Birliyin seçkili orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin Nizamnaməyə uyğun olmasına nəzarət edir.

BİRLİYİN MÜLKİYYƏTİ

Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, invertatlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və Birliyin Nizamnaməsi ilə nəzərdə tutulmuş fəaliyyətinin maddi təminatı üçün başqa əmlak ola bilər. Birliyin əmlakının pul və ya digər şəkildə formalaşdırılma mənbələri aşağıdakılardır:

ADVOKAT HÜQUQİ XİDMƏT BÜROSU

Advokat hüquqi xidmət bürosu, Cəmiyyət və Hüquq İctimai Birliyinin nəzdində pullu hüquqi xidmətlərin gösrilməsi üçün yaradılmışdır. Büro öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına və Birliyin Nizamnaməsinə və əsasnaməsinə uyğun fəaliyyət qurur. Biro hüquqi şəxs statusuna malik deyil, Birliyin qeyri-müstəqil struktur bölməsidir. Büro təsərrüfat hesablıdır, öz fəaliyyətini özünü maliyyələşdirmə prinsipi əsasında təşkil edir. Büronun fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.

BÜRONUN ƏSAS VƏZİFƏLƏRİ

BÜRONUN FUNKSİYALARI

BÜRONUN HÜQUQLARI

BÜRONUN İŞİNİN TƏŞKİLİ

Büroya Birliyin sədri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir. Büronun direktoru Biroya həvalə edilmiş vəzifə və funksiyaların icrasına görə şəxsən məsuliyyət daşıyır. Büro direktorunun Birlik sədri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən müavinləri var. Büronun direktor müavinləri Büronun hüquqşünasları içərisindən seçilirlər və ictimai əsaslarla fəaliyyət göstərirlər. Direktor müavinlərinin Büro işçilərinin funksiyaları və səlahiyyətləri Birliyin sədri tərəfindən müəyyən edilir. Büronun fəaliyyətinə aid müqavilələr Birliyin sədri tərfindən bağlanılır. Birliyin sədri büronun dövlət və bələdiyyə orqanlarında, digər təşkilatlarda etibarnaməsiz təmsil edir. Büronun direktoru və direktor müavinləri vəzifələrinə təyin edilənədək, Büronun fəaliyyətinə rəhbərlik Birliyin sədri tərəfindən həyata keçirilir.

Hosted by uCoz